Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, sərəncama əsasən Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
 
Polis polkovniki Arzu Arif oğlu Daşdəmirov, polis polkovniki Emil Ramil oğlu Usubov, polis polkovniki Oqtay Əsgər oğlu Kərimov və polis polkovniki Səfər Hüseyn oğlu Əliyev. 
 
RePost.Az

Baxış sayı: 2345 | Tarix: 29.06.2017
Bizi Telegramda izləyin: @repostaz