Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Twitter" səhifəsində yazıb.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

RePost.Az


Baxış sayı: 2573 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz