Bu gün SOCAR-ın “Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
 
“Azəriqaz” İstehsalat Birliyindən RePost.Az-a verilən məlumata görə, iyulun 10-dan 12-nə kimi diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində təmir işlərinin aparılması ilə əlaqədar, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
 
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 10.07.2017
Bizi Telegramda izləyin: @repostaz