Rus qızları üçün növbəyə düzülən neft maqnatları, məmurlar və milyarderlər
 
Dünyada elə demoqrafik vəziyyət yaranıb ki, qadınların sayı kişilərə nisbətən daha çoxdur. Bununla belə kişilər daha azad və sağlamdır. Lakin zənginləri azdır. bütün bunların fonunda yaraşıqlı və zəngin kişilər uğrunda mübarizə aparan qızların rəqabətini təsəvvür etmək elə də çətin deyil. Amma praktika göstərir ki, dünyanın varlı kişiləri rus gözəlləri ilə görüşmək üçün növbəyə düzülür... İnanmırsınız? Onda siyahıya nəzər salın.
 
RePost.az publika.az-a istinadən bu yazıda oxucuları kişiləri əlcək kimi dəyişən rus gözəllərlə tanış edib.
 
Viktoriya Bonya
 
Pərəstişkarları əmindirlər ki, Bonya Vikinin təxəllüsüdür. Qəribə görünsə də, bu, onun əsl soyadıdır. Bu gözəl Rusiyanın "Дом-2" telelayihəsi sayəsində məşhurlaşıb və geridə qoyduğu illər ərzində kifayət qədər kişi dəyişib. Onun hətta "Дом-2"-nin digər iştirakçısı Stepan Menşikovla seks qalmaqalları olub. Belə ki, cütlüyün sekslə məşğul olan zaman çəkilmiş fotoları internetdə yayılıb. Fotoların saxta olduğunu iddia edən Viktoriya məhkəməyə müraciət edib və nəticədə qalib gəlib.
 
Viktoriya daha sonra məşhur ifaçılar: Timati və Dima Bilanla sevgili olub. Viktoriya hər iki ifaçının kliplərində əsas rollarda çəkilib. Lakin modelin "Spartak" klubunun braziliyalı futbolçusu Velliton Moraislə münasibətləri mətbuatda daha çox müzakirə olunub. Çünki futbolçu ondan düz 7 yaş kiçik idi, həm də vətəndaş nikahında yaşadığı başqa qadından oğlu olmuşdu. "Məhəbbət" qığılcımları cəmi üç aydan sonra sönüb.
 
36 yaşlı model hazırda monakolu milyarder Aleks Smurfitin ilə evlidir. Cütlüyün bir oğlu var. Son vaxtlar da bu nikahın pozulması haqqında şayiələr gəzir.
 
İda Lolo
 
İdanın əsl qızlıq soyadı Valeyevadır. O, Novosibirsk şəhərində doğulub və ürəyinin səsini dinləyərək sevdiyi insana görə Moskvaya köçüb. İndi bütün kübar tədbirlərin əvəzolunmaz qonağı olan İda işə katibə kimi başlayıb. İndi isə o, kino və teatr sahəsində fəaliyyət göstərir.
 
İlk nikahı "Central Partnership" teleşirkətinin rəhbəri ilə baş tutub. Mark Lolo qızın gözəlliyi qarşısında tab gətirməyib və ona evlənmək təklifi edib. Amma cütlüyün münasibətləri tezliklə boşanma ilə nəticələnib. Bir neçə aydan sonra İda yenidən ərə gedib. Bu dəfə onun seçimi məşhur jurnalist Yevgeni Kiselyovanın oğlu və "Səma" kino şirkətinin kreativ direktoru Aleksey olub.
 
Yana Rudkovskaya
 
Yana hərbiçi ailəsində doğulub və Barnaulda boya-başa çatıb. Onun birinci əri biznesmen Yevgeni Muxin olub. 2001-ci ildə isə Rudkovskaya Moskvanın keçmiş meri Yuri Lujkovun qaynı Viktor Baturinə ərə gedib. Yana ikinci əriylə Soçidə keçirilən futbol matçında tanış olub. Cütlük 2008-ci ildə boşanıb.
 
Yananın Dima Bilanda münasibətləri də ictimaiyyətdə uzun müddət müzakirə olunub. Yeri gəlmişkən qeyd edək ki, o, Dima Bilanın prodüseri olub. Lakin onun növbəti əri məşhur konkisürən Yevgeni Plyuşenko olub. Onların sevgi romanı "Eurovision" müsabiqəsindən sonra başlayıb.
 
Viktoriya Lopıreva
 
Qız "Miss Rusiya 2003" gözəllik müsabiqəsinin qalibi olduqdan sonra məşhurlaşıb. Bu gözəl başlanğıc Viktoriya üçün bütün qapıları açıb. Viktoriya bundan sonra özünü inkişaf etdirmək üçün üzərində işləyib. Onun televiziya sahəsində qazandığı uğurları göz qabağındadır və o, sevgi məsələlərində kölgədə qalmayıb. Məsələn, Lopırevanın uzun müddət Vlad Topalov ilə romantik ilə münasibətləri olub, amma evlilik təklifi olmadığı üçün qız müğənni ilə yollarını ayırmağa qərar verib. Daha sonra model şoumen Vyasçeslav Manuçarova sevgili olub, habelə ardınca futbolçu Fyodor Smolova ərə gedib. İndi gözəlin qəlbi və həyatı boşdur.
 
Anastasiya Voloçkova
 
Məşhur balerina siyahıda fəxri yer tutur. Çünki həyatında həqiqətən də görkəmli kişilərin sayı-hesabı bitmir. Anastasiya 1976-ci ildə doğulub, onun sözlərinə görə, anası onu beş yaşında "Şelkunçik" baletinə aparandan sonra balet ustası olmaq arzusunda olub. Nəticədə öz arzusuna nail olub.
 
Məşhur balerina bir neçə il oliqarx Süleyman Kərimovla görüşüb. Lakin 2003-ci ildə onunla yollarını ayırıb. 2007-ci ildə Voloçkova biznesmen İqor Vdovina ilə evlənib, bu nikah cəmi bir il davam edib. Boşanmadan sonra İqorla Anastasiya dostluq münasibətlərini qoruyub saxlayıblar.
 
Onun növbəti sevgilisi 2013-ci ildə neft istehsalı ilə məşğul olan 45 yaşlı biznesmen Bəxtiyar Səlimov olub. Onlar Vladivostokda qastrol zamanı tanış olub, lakin 9 aydan sonra münasibətləri bitib. Ümumiyyətlə, Anastasiya tək qalmağı xoşlamır. Onun sevgi siyahısına hər il yeniləri əlavə olunur. Yeri gəlmişkən, belarinanın adı bu il Azərbaycan mətbuatında rüsvayçı qalmaqallarda xeyli hallanıb. İddialara görə, Azərbaycanlı biznesmenlə intim münasibətdə olmağa razılaşıb və bunun üçün 40 min dollar alıb. Lakin pulu aldıqdan sonra fikrindən danışıb.
 
RePost.az

Baxış sayı: 2915 | Tarix: 18.12.2016
Bizi Telegramda izləyin: @repostaz