2016-cı il martın 19-da ABŞ-da həbs olunan əslən iranlı olan iş adamı və türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın 1,5 il məhkumluq həyatından sonra təxliyyə edilməsi ilə bağlı ABŞ-ın Federal Həbsxanalar Bürosunun rəsmi saytında məlumat yayılıb.

 RePost.Az xəbər verir ki, Federal Həbsxanalar Bürosunun internet səhifəsindəki rəsmi sənədlərdə, 09135-104 qeydiyyat nömrəli Zarrabın iki gün əvvəl (09.09.2017) azad edildiyi qeyd olunub.

Lakin ABŞ rəsmi məlumatın texniki səhv olduğunu deyib. Federal Büronun rəsmi saytında qeyd olunan məlumat dərhal silinib.

Çoxsayda həbsxana dəyişdirən Zarrabın azadlığa buraxıldığı, yoxsa yenidən başqa bir həbsxanaya köçürüldüyü sual altındadır.

Qeyd edək ki, bu günə qədər Federal Həbsxanalar Bürosunun internet saytında yer alan heç bir məlumatda texniki səhvlərə yol verilməyib.

Nyu-York Cənub Bölgəsi Prokurorluğu rəsmilərinin sözlərinə görə, hadisə texniki bir yanlışlıqdan yaranıb və Rza Zərrab hələ də həbsdədir.

Bu həftə Rza Zərrabın məhkəməsinin keçiriləcəyi də qeyd olunub. (publika.az)


Baxış sayı: 2573 | Tarix: 11.09.2017
Bizi Telegramda izləyin: @repostaz