Keçmişdə uşaqlara qarşı törətdiyi cinsi cinayətlərə görə 101 yaşlı britaniyalı kişiyə 13 il həbs cəzası verilib.

RePost.az BBC -yə istinadən xəbər verir ki, Birmingham şəhərinin Erdington ərazisində yaşayan Ralph Clarke, Britaniyanın hüquq tarixində məhkum edilən ən yaşlı şəxsdir.

Hakim Richard Bond Ralph Clarke-ı 1974 və 1983-cü illər arası “sistematik təcavüz” törətməkdə günahlandırıb.

Birmingham Crown Məhkəməsində keçirilən məhkəmə prosesində o, 21 fərqli halda iki qıza təcavüz etməkdə müqəssir bilinib və bir oğlana doqquz dəfə təcavüz etdiyini etiraf edib.

Məhkəmədə, keçmişdə yük maşını sürücüsu işləyən təqaüdçünün qızlara evində, sürdüyü yük maşınında və bağındakı kabində təcavüz etdiyi deyilib.

Holl Lane küçəsində yaşan keçmiş Britaniya Hərbi Hava Qüvvələri hərbiçisi 1915-ci ilin mart ayında doğulub.

Hakim Bond cinayətin üzərindən uzun müddət vaxt keçməsinin təcavüzçülər üçün ədalətdən qaçınmağa imkan verməyəcəyini deyib.

“Uzun müddət əvvəl təcavüzə məruz qalanlar arxayın ola bilərlər ki, onların hər bir şikayətinə rəğbət və şəfqətlə yanaşılacaq”, o əlavə edib.

Hakim deyib: “Biz düşünürük ki, o, ingilis cinayət məhkəməsi tərəfindən mühakimə olunan ən yaşlı şəxsdir”.

Hakim Bond daha əvvəl, Clarke həbsə göndərilməsə ictimaiyyət “dəhşətə gələcək” deyib, amma onun hökmü barədə “ehtiyatla düşünməli” olduğunu əlavə edib.

“Fakt budur ki, o artıq o qədər qocadır ki, onun təkrar ictimaiyyətə buraxılma imkanı azdır,” o deyib.

Hakim Clarke-a ünvanlandırdığı çıxışında deyib ki, “Sən özünü zəif qoca kişi kimi təqdim edirsən, lakin sənin etirazlarından asılı olmayaraq hamı üçün aydındır ki, etdiklərin üçün heç bir xəcalət çəkmirsən”.

Zərər çəkmişlər onun cinayətlərini, onun 100 yaşının qeyd edilməsi barədə Facebook-da məlumat aldıqdan sonra, West Midlands polisinə keçən ilin avqust ayında bildirib.

RePost.az


Baxış sayı: 3086 | Tarix: 20.12.2016
Bizi Telegramda izləyin: @repostaz