Amerika polisinin məlumatına görə, Las-Veqasda baş vermiş hadisə nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Başqa mənbələrə görə, 59 nəfər ölüb. Daha 515 nəfər yaralıdır.
 
RePost.Az xəbər verir ki, şəhərin xəstəxanalarında boş yer qalmayıb. Hökumət xalqa könüllü qan vermələri üçün müraciət edib.
 
Yaralılardan 150 nəfərin vəziyyətinin kritik olduğu qeyd edilir.
 
Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub. 
İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb. 
 
RePost.Az


Baxış sayı: 3105 | Tarix: 02.10.2017
Bizi Telegramda izləyin: @repostaz