Amerika prezidenti Donald Tramp İranla bağlı startegiyasını açıqlayıb. 
 
RePost.Az xəbər veirr ki, İran İslam Respublikasını terrora dəstək verməkdə ittiham edən Tramp, İran İnqilab Keikçiləri Korpusunu (SEPAH) qara siyahıya daxil edib.
 
“İran, Üsamə bin Ladenin oğlu başda olmaqla 11 sentyabr teror aktının təşkilatçılarını gizlədi. İran rejimi dünyada terrora dəstək verən ölkələrin ön sırasında dayanır. Əl-Qaidə və Hizbullaha dəstək verməkdə davam edir. İran, Amerika və müttəfiqləri üçün təhlükə hesab olunan raket sınaqlarını davam etdirir. Ərəb yarımadasında təxribatlar törədir və qondarma ittihamlarla amerikalıları girov saxlayır. 
 
İran silahsız tələbələrə atəş açıb, Yəmən və Suriyada münaqişələri alovlandırıb. Suriyada Əsəd rejiminin insanlığa qarşı cinayətlərini və mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsini dəstəkləyib. Bütün bunları görməzlikdən gələ bilmərik, - deyə qərrarda bildirilir. 
 
Bununla belə Dövlət Departamenti Amerikanın İranla atom sazişindən çıxmayacağını bəyan edib.
 
RePost.Az

Baxış sayı: 2858 | Tarix: 13.10.2017
Bizi Telegramda izləyin: @repostaz