İran-İraq sərhədində  - Kermanşah şəhərində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
 
RePost.Az-ın məlumatına görə, Kirmanşah şəhərinin valisi Xoşənk Bazond “Tasnim” agentliyinə bildirib ki, baş vermiş zəlzələ nəticəsində 339 nəfər ölüb, 2530 nəfər xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir. Yerli Qızıl Aypara cəmiyyətinin məlumatına görə, zələzələ nəticəsində  70 min insan evsiz qalıb. “Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə məlumatda  bildirilib. İran dövlət televizyonunun  xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani, Daxili İşlər Nazirliyinə, zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.  
 
İraq ərazisində isə 1 nəfər təbii fəlakət qurbanı olub. 100-dək insan xəsarət alıb. Məlumata görə, 60 nəfər Hanakində, daha 40-ı isə Balad Ruz şəhərində yaralanıb.Bundan əvvəl isə İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 6 nəfərin öldüyünü bildirilib. 
 
BMT-nin Baş katibi Antoniu Quterriş isə  zəlzələnin nəticələrinin aradan qaldırılması üçün İraq və İrana yardım edilməsi çağırışını edib.Biz zəlzələ nəticəsində yaranan itkilərdən və dağıntılardan məyusuq. Ehtiyac yaranarsa BMT yardım etməyə hazırdır,-deyə Quterreş qeyd edib. 
 
Türkiyə hökuməti yanında Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi  isə İraqın şərqinə 70 əməkdaş və humanitar yardım göndərməyə hazırlaşır. Bunu Türkiyə baş nazirininin müavini Rəcəb Akdağ bildirib. Onun sözlərinə görə, İraqın şimalındakı anayasaya zidd addım, zəlzələ baş verən rayonlara insani yardımdan imtinaya səbəb ola bilməz. Baş nazirinin müavini deyib ki, insani yardımla yüklənmiş təyyarələrin enəcəyi hava limanı müəyyənləşdirilir. İnformasiyaya əsasən, xilasedicilərdən ibarət 30 nəfərlik qrup artıq Türkiyə-İraq sərhədindədir. Bundan başqa, Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə İraqa 3 min çadır göndəriləcək.
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 13.11.2017
Bizi Telegramda izləyin: @repostaz