Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. 
 
RePost.Az xəbər verir ki, Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.
 
Bundan başqa, prezidentlər Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.
 
RePost.Az

Baxış sayı: 3048 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz