İran televiziyalaraı rejimin İsrailə casusluqda günahlandırdığı azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalinin ruhi və fiziki işgəncələr altında etdiyi etirafı yayımlayıb. .

RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, bazar günü yayılan videoda, o, qətlə yetirilmiş iki iranlı nüvə alimi barədə İsrail kəşfiyyatına məlumat ötürdüyünü deyib. İran bundan öncə həmin məsələ ilə bağlı bir nəfəri terrorda günahlandıraraq edam edib.

Calalinin həyat yoldaşı, “Radio Fərda”ya bildirib ki, ona, 3 ay təknəfərlik kamerada saxlandığı müddətdə, ailəsi ilə ayda bir dəfə, o da bir dəqiqəlik danışmağa icazəsi verilib. O həmçinin aylarca vəkili ilə əlaqə saxlaya bilməyib. Həbsxanada o, övladlarının öldürüləcəyi ilə hədələnib. Lakin etiraf edəcəyi təqdirdə azadlığa buraxılacağı və ailəsinin əmniyyətdə olacağı bildirilib.

Əhmədrza Calalinin anası da İran İnsan Haqları Təşkilatına eyni məzmunlu açıqlam verib. O, Əhmədrzanın təhdid edildiyini, uzun müddət böcək və qarışqalarla dolu təknəfərlik kamerada saxlanıldlığını və təhqirlərə məruz qaldığını bildirib.

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin, İranın kəşfiyyat və əmniyyət qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

İranın Ettelaat məmurları, uzun müddət təknəfərlik kamerada saxlamaq, ruhi və cismi işgəncəyə məruz qoymaq, habelə yalan vədlər verməklə bu kimi etirafları alır və televiziyada yayırlar. İran İnsan Haqları Təşkilatı, azərbaycanlı alimin işgəncələr altında etdiyi etirafın televiziyadan yayılmasını pisləyib.

“İranda məcburi etiraf almaq, həmin etiraflar əsasında məhkəmə hökmü çıxarmaq faktı yeni hadisə deyil. Şübhəsiz, bu kimi etiraflar, həm də belə məhkəmə hökmləri qanunsuzdur, heç bir legitimliyi yoxdur”- deyə İran insan Haqları Təşkilatının sözcüsü Mahmud Əmiri Moqəddəm bildirib.

Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Federika Moqereninin sözçüsü Katerin Rey isə edama məhkum olunmuş azərbaycanlı alimin işi ilə yaxından maraqlandıqlarını bildirib.

“Avropa Birliyi, bu barədə İran rəhbərliyi ilə əlaqə saxlayır. Ötən həftələrdə bu haqda tərəflər arasında müəyyən müzakirələr də olub”- deyə Katerin Rey bildirib. O əlavə edib ki, Avropa Birliyi, Əhmədrza Calalinin edam hökmünə qarşı olduğunu rəsmi şəkildə İran rəhbərliyinə çatdırıb.

RePost.Az

 


Baxış sayı: 3200 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz