İranda barəsində ölüm hökmüçıxarılmış azərbaycanlı alimin İsveçdə yaşayan həyat yoldaşı Tehran dadistanının  Əhmədrza Calali barəsində səsləndirdiyi fikirləri təkzib edib.
 
RePost.Az-ın Günaz.Tv-yə istinadən verdiyi məlumata görə, alimin həyat yoldaşı Vida Mehranniya “Radio Fərda”ya açıqlamasında bildirib ki, Əhmədrza Calali, dadistanla görüşdə “Mossad” məmurları ilə 50 dəfə görüş haqda Ettelaat İdarəsinin  çəkdiyi filmi rədd edərək, bu barədə onunla 8 dəfə yazışma olduğunu, lakin hər dəfə mənfi cavab verdiyini deyib. Xanım Mehranniya, həyat yoldaşının sözlərinin, Tehran dadistanı tərəfindən təhrif edilməsinə təəssüfləndiyini bildirib.
 
“Beynəlxalq dəstəklər göstərir ki, Əhmədrza Calali, Avropada güclü mövqeyə malikdir. İki ixtisas üzrə doktorant olan, bir ixtisas üzrə daha yüksək elmi dərəcəyə malik olan bir şəxsin 5 il ərzində 28 min yuro pula nə ehtiyacı ola bilər?!”- deyə müttəhimin həyat yoldaşı bəyan edib. O “Radio Fərda”da yayılan Səs Faylında, yoldaşının Atom Enerji Təşkilatı ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, Əhmədrza Calali, bir müddət Müdafiə Nazirliyinin Böhranları İdarə edən Bölümündə işləyib, onun belə informasiyaları əldə etmək imkanı olmayıb. 
 
Xatırladaq ki, Tehran və Şiraz universitetlərinin dəvəti ilə İrana səfər edən Əhmədrza Calali, 1395-ci il ordibeheştin 5-də həbs edilərək Evin zindanına salınıb. O İran kəşfiyyatının uydurduğu saxta ittihamla, edam cəzasına məhkum edilib. 
 
RePost.Az

Baxış sayı: 1387