‪2030-cu ildə dünyada buz dövrü başlayacaq. Alimlərin araşdırmasına görə, baş verəcək iqlim dəyişikliyi qlobal istiləşmənin təsirlərini azaldacaq.
 
RePost.Az-ın məlumatına görə, ‪İngiltərənin Northumbiya Universitetinin professoru Valentina Zharkova gələcəkdə qlobal iqlim dəyişikliklərinin riyazi formada təxmin edilməsinə müvəffəq olan bir model yaradıb. Bu model sayəsində baş verəcək iqlim dəyişiklikləri əvvəlcədən öyrəniləcək.
 
Tədqiqata görə, 2020-2030-cu illər arasında Günəşin maqnetik dairələri bir-birini ləğv edəcək. V.Zharkova bu vəziyyətin 2021-ci ildən etibarən Yer üzündə temperaturun düşməsinə və 2030-cu ildə dünyada buz dövrünün başlanmasına səbəb ola biləcəyini açıqlayıb.
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 28.12.2017
Bizi Telegramda izləyin: @repostaz