Türkiyəli akademik Yavuz Örnek Nuh peyğəmbərlə bağlı qəribə iddia ilə çıxış edib.
 
RePost.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İstanbul Universitetinin Dənizçilik fakültəsinin elmi işçisi olan Y. Örnek rəsmi dövlət telekanalı olan TRT-də canlı yayıma qatılaraq Nuh peyğəmbərin ona inanmayıb gəmiyə minməkdən imtina edən oğlunu yola gətirmək üçün böyük fəlakətdən əvvəl mobil telefonla zəng etdiyini bildirib.
 
“Nuh peyğəmbərin yaşadığı zamanda günümüzdən daha inkişaf etmiş texnologiya var idi. Mən bir elm adamı kimi bunları sübut edə bilərəm. Nuh peyğəmbərin oğlu ona inanmırdı. Buna görə də gəmiyə minməkdən imtina etmişdi. Nəticədə o, oğlunu yola gətirmək üçün ona mobil telefonla zəng etdi”, – deyə akademik bildirib.
 
Örnek həmçinin Nuhun gəmisinin nüvə enerjisi ilə işlədiyini də iddia edib. Onun sözlərinə görə, 10 min il əvvəl Nuh peyğəmbər 400 metrlik dalğaların zərbələrinin qarşısını almaq üçün gəmini poladdan hazırlayıb. O, gəmini işə salmaq üçünsə, nüvə enerjisindən istifadə edib.
 
Akademik həmçinin Nuhun oğlunun “naməlum uçan obyekt”i olduğunu da iddia edib: “Nuhun oğlu “uçan obyekt”dən istifadə edirdi. Həzrəti isa 2 min il öncə deyil, 2 min 300 il əvəl doğulub. Nuhun tufanı bütün dünyanı cənginə alıb, bu günədək olan iddiaların əksinə olaraq, fəlakət bir bölgəni əhatə etməyib. Nuh peyğəmbər gəmiyə canlı heyvan mindirməyib, o, canlıların döllərini və yumurtalarını götürüb. Bunları da sifarişlə Fransa və ABŞ-dan alıb. Tufandan sonra isə Nuh quruya çıxmaq üçün göyərçin yox, pilotsuz uçan aparat uçurub. Çünki texnoloji inkişaf varkən, niyə göyərçin yollasın ki?”, -deyə akademik bildirib.
 
RePost.Az

 


Baxış sayı: 3352 | Tarix: 10.01.2018
Bizi Telegramda izləyin: @repostaz