Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 25 yaşlı Yeganə Məmmədova dünən "Bizimləsən" verilişinə gəlib. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki. Yeganə Məmmədova canlı yayımda atası görüşərkən göz yaşlarını saxlaya biləyib. 
 
23 yaşlı Y.Məmmədovanın sözlərinə görə, o, Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu deyib. 
 
Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. 
 
O, yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var. 
 
RePost.Az


Baxış sayı: 3542 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz