Xəbər verdiyimiz kimi, "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.
 
RePost.Az axşam.az-a istinadən xəbər verir ki, S.Mirzəyeva dünyasını dəyişməmişdən bir gün öncə 300-ə yaxın hamilə qadını və ana olmaq istəyənləri bir yerə toplayaraq konfrans təşkil edib.
 
O, "Sağlam nəsil naminə hamilələrlə görüş" adlı konfransda qadınların suallarını cavablandırıb, hamiləliklə bağlı bütün mövzuları detallı şəkildə müzakirəyə çıxararaq onları maarifləndirib.
 
Qeyd edək ki, S.Mirzəyeva evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı "Baku Medical Plaza" xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.
 
Bildirilir ki, S. Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.
 
RePost.Az

Baxış sayı: 13201