“Suriya Ərəb Respublikasının hərbi və mülki obyektlərinə ABŞ, Böyük Britaniya və Fransanın hava və dəniz daşıyıcıları tərəfindən 100-dən çox qanadlı və “hava-yer” tipli raketlər buraxıblar.” 
 
RePost.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Hücumun qarşısının alınmasnıda 30 il əvvəl SSRİ-də istehsal olunan Suriyaya məxsus “Buk” və “Kvadrat”, S-125, S-200 HHM-lər istifadə olunub.
Rusiya hərbçilərin sözləriə görə, döyüşdə Suriya ordusunun hava hücumudan müdafiə bölmələri döyüşdə istirak edib, koalisiyaya aid raketlərin əksəriyyəti vurulub. 
 
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Suriyada yerləşən və Rusiya ordusuna məxsus HHM və RƏM sistemləri döyüşdə iştirak etməyib çünki koalisiya raketlərin heç biri Rusiya ordsunun məhsuliyyət zonasına düşməyib. 
 
Zərbələr Bakı vaxtı ilə saat 04:42-dən 06:10-dən endirilib. Raketlərin hədəfi Suriyanın hərbi və mülki infrastruktur obyektləri olub. Zərbələri ABŞ, Böyük Britaniya və Fransaya aid təyyarə və gəmilər endirib. Hava zərbələri 50 dəqiqə davam edib. Zərbələrə münasibət bildirən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xatırladıb ki, rəsmi Moskva bu kimi hərəkətləri cavabsız qoymayacağına dair xəbərdarlıq edib. 
 
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, zərbələr Rusiyanın Bəşər Əsədin kimyəvi silahı istifadə etmək fikrindən daşındırmağa bacarmadığı ilə bağlıdır. 
 
Londonda yerləşən İnsan haqqları üzrə Monitorinq mərkəzinin məlumatına görə, prioritet hədəflər arasında Respublika qvardiyası bölmələrin və 4-cü diviziyanı yerləşdiyi yerlər var. Bu qüvvələrin Əsəd ordusunun elit qüvvələri sayılır.
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 14.04.2018
Bizi Telegramda izləyin: @repostaz