Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeronda gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. 
 
Azərbaycanın rayonlarında dekabrın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq
 
RePost.az
 

Baxış sayı: 2934 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz