ARB TV-nin "Rezonans” verilişinin növbəti buraxılışında həbsdə olan vəkil Aldost Talıbovun həyat hekayəti təqdim edilib. 
 
RePost.Az xəbər verir ki, ikinci həyat yoldaşına küt alətlə xəsarət yetirmiş A.Talıbov həbsdə olduğu 9 ildə çox şeylər öyrəndiyini deyib: 
 
"Vəkil kimi fəaliyyət göstərmişəm. Ailəliyəm 3 övladım var. El adəti ilə evlənmişəm. Ona dedim ki, həyatında ancaq mən olacam. O da, qanının mənə halal olduğunu bildirdi. Rəsmi şəkildə ikinci dəfə evlənəndə isə yoldaşım razılaşdı. 20 il sonra xəyanətdə şübhələndim. Mən dözə bilmədim. Hətta onu bir neçə dəfə təqib etdim. Oğulluğunu da çağırıb başa saldım. 9 ilim artıq geridə qalıb. Hadisəni törədib birbaşa polisə təslim oldum. Tutulandan sonra ailəm yanıma gəlib-gedirlər. İnsan taleyini yazan Allahdır. Tam səmimi bildirirəm ki, çox şey öyrənmişəm”.
 
RePost.Az


Baxış sayı: 1762