Bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. RePost.Az-ın məlumatına görə, iclasda Paşinyanın baş nazir seçilməsi səsverməyə çıxarılıb.  
 
Səsvermənin nəticələrinə əsasən, "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyan baş nazir seçilib. Səsvermə zamanı 59 deputat N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.
 
Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.
 
Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.
 
RePost.Az

Baxış sayı: 673