Demokratik Konqo Cumhuriyyətində Ebola virusu sürətlə yayılmağa başlayıb.

RePost.Az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin şimal-qərbində artıq 17 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Sonuncu dəfə Konqoda Ebola virusuna yoluxma halı 10 ay əvvəl qeydə alınıb. Xatırladaq ki, 2014-cü ildə Qərbi Afrika regionunda Ebola epidemiyası nəticəsində 12 mindən çox insan həlak olub. İki il əvvəl Ümumdünya səhiyyə təşkilatı Ebola virusunun artıq bəşəriyyət üçün təhlükə yaratmadığını bəyan edib. Bəyanata görə, yeni peyvəndin 100 faiz effektli olduğu isbat olunub.

RePost.Az


Baxış sayı: 943