Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
 
RePost.Az bildirir ki, bunu qafqazinfo-ya açıqlamasında aparıcının köməkçisi məlumat verib. 
 
Bildirib ki, N. Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: "Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağciyərində onkoloji şiş tapılıb.  Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir". 
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 22.06.2018
Bizi Telegramda izləyin: @repostaz