İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq baş örtüyünü açan Şapərək Şəcərizadə 20 il azadlıqdan məhrum edilib.
 
RePost.Az-ın məlumatına görə, Tehran İnqilab Məhkəməsi bir uşaq anası olan Şapərək Şəcərizadəni küçədə baş örtüyünü açmaqda və ictimai asayişi pozmaqda günahlandırıb. Müttəhim barəsində çıxarılan ağır həbs cəzasından şoka düşdüyünü və dərin təəssüf hissi keçirdiyini bəyan edib.
 
Qeyd edək ki, inqilabçı qadın cəzasının 18 ilini şətri olaraq çəkəcək. İki ilini isə həbsdə yatmağa məhkumdur.
 
RePost.Az

Baxış sayı: 4048