Amerikanın gündəlik neft istehsalı yenidən rekord həddə çatıb. Ötən hesabat həftəsində Amerikanın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 50 min boşkə artaraq gündəlik 11 milyon boşkəyə yüksəlib. 
 
Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Amerikanın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalının artmasında əsas payı son həftələrdə olduğu kimi yenə də Alyaska ştatı tutub. Bununla da, Amerikanın gündəlik neft hasilatı son 27 həftənin 25-də artım göstərib. 
 
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə Amerika dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 19.07.2018
Bizi Telegramda izləyin: @repostaz