Ölkə KİV-lərində uzun müddətdir ki, “Bakılifttəmir” İB-nin baş direktoru Qüdrət Şükürovun da adının hallandığı ailə dramı sanki kim tərəfindənsə qızışdırılır
 
Bütün dərc edilən məqalələrin məğzi ondan ibarətdir ki, Şükürovun qızı birinci ərindən boşanıb, ikincisinə ərə gedib və atasının əlaqələrinə və pullarına güvənərək qeyri-etik həyat tərzi sürür və hətta ilk ərini izləyir. Qüdrət müəllimin özünü isə rüşvətxor və korrupsioner kimi qələmə verirlər.
 
Bütün bunlar elə həqiqətə uyğun qələmə verilirdi ki, virtualaz.org da bu “qarmağa” keçmişdi.
 
Lakin gözlənilmədən redaksiyada gənc cütlük peyda oldu. Həyəcanlı qadın özünü təqdim edən zaman biz, sözün açığı, bir az özümüzü itirdik. Bu, özündən də asılı olmadan Azərbaycan mətbuatının mənfi qəhrəmanına çevrilmiş həmin Aysel Şükürova idi. Onu əri Oqtay Əhmədov müşayiət edirdi. Bütün bu yaşananlara görə az qala ağlayan gənc qadın öz hekayəsini danışmağa başladı və bu hekayə onun dilindən tamam başqa cür səslənirdi. Düşünürük ki, həmin hekayə oxuculara düzgün nəticə çıxarmağa, şübhələri kənara atmağa imkan verəcək:
Təsəvvür edin ki, cavabdehin gəlməməsi üzündən Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov beşinci dəfədir ki, prosesi təxirə salır. Gah birinci ərim Elşən Əsgərli gəlmir, gah da onun vəkili, - o, emosional halda söhbətinə başlayır. – Soruşan lazımdır ki, mənim günahım nədir. Bu istidə iş üzrə şahid kimi keçdiyimə və prosesdə çıxış edəcəyimə görə şəhərdə oturmaq məcburiyyətində qalmağım azmış kimi, hər dəfə hakimdən eyni sözləri eşidirəm – məhkəmə təxirə salınır. Daha dözə bilmirəm – bu artıq adamı ələ salmaqdır və yalnız məni deyil, məhkəməni də, qanunları da.
 
Bir az özünə gələndən sonra Aysel hər şeyi ətraflı danışmağa cəhd edir, lakin emosiyaları onu həyat faciəsinin bir epizodunu qoyub o birini danışmağa vadar edir. Amma hər dəfə o, özünü ələ almağı və başladığı söhbəti davam etdirməyi bacarır. Bütün əhvalat onun birinci əri Elşən Əsgərli ilə bağlıdır. Bu xatirələr onu həmin günlərə qaytararaq, yenidən kəskin emosiyalar keçirməsinə gətirib çıxarır.
 
Hər şey altı il əvvəl başlayıb. Hələ çox gənc olan Elşən və Aysel universitetdə oxuyarkən bir-birini seviblər. Deyilənə görə, sevginin gözü kor olur və ona qarşı çıxmaq çətindir. Əksər hallarda qısa səadətin acı nəticələrini bütün həyatın boyunca dadmalı olursan. Bu gün də Aysel gözü yaşlı halda xatırlayır ki, atası ondan barəsində çox şeylər eşitdiyi adama ərə getməməyi az qala yalvararaq xahiş edirmiş. Lakin xoşbəxtliyindən göylərdə uçan və sevgilisinin çatışmazlıqlarını görmək iqtidarında olmayan gənc qızı adi sözlərlə inandırmaq asan işdirmi?
 
Yeni evlənmiş cütlüyün xoş günləri çox qısa sürüb. Ailə həyatı Elşənlik deyilmiş. O, həyat yoldaşını söyməyə, təhqir etməyə, alçaltmağa və döyməyə başlayır. Bir neçə dəfə hətta eyvandan atmağa da cəhd edib.
 
RePost.Az

Baxış sayı: 14011