Azərbaycanda İslam Həmrəylik Oyunları may ayının 12-dən 22-nə kimi keçiriləcək
 
İslam Həmrəylik oyunlarının keçiriləcəyi məkanların siyahısı açıqlanıb. RePost.az-ın xəbərinə görə bu barədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, İslam Həmrəylik Oyunlarının açılış mərasimi mayın 12-si Bakı Olimpiya Stadionunda olacaq. 
 
İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
 
İslam Həmrəylik Oyunlarında yarışların keçiriləcəyi idman növləri və yerləri aşağıdakılardır:
 
Atletika və Para Atletika - Bakı Olimpiya Stadionu – ( Kişilər və Qadınlar)
Su idman növləri — Suya tullanma- Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
Su idman növləri — Üzgüçülük - Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
Su idman növləri —Vaterpolo Arenası- (Kişilər)
 
Basketbol 3x3 - Bakcell Arena- ( Kişilər və Qadınlar)
Futbol AZA/BAY/TBS/DAL (Kişilər)
Bədii gimnastik - Milli Gimnastika Arenası- ( Kişilər və Qadınlar)
İdman gimnastikası - Milli Gimnastika Arenası- (Qadınlar)
Uşu - Milli Gimnastika Arenası- (Kişilər)
 
Stolüstü tennis -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
 
Həndbol -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
Cudo və görmə qabiliyyətiolmayanlar üçün cudo - Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Yunan-Roma güləşi - Heydər Əliyev Arenası- (Kişilər)
 
Sərbəst güləş- Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Atıcılıq -Bakı Atıcılıq Mərkəz- ( Kişilər və Qadınlar)
Tennis -Bakı Tennis Akademiyası- ( Kişilər və Qadınlar)
 
Voleybol -Kristal Holl 1- ( Kişilər və Qadınlar)
Boks -Kristal Holl 2- (Kişilər)
 
Zorxana - Kristal Holl 2- (Kişilər)
Karate - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
 
Taekvondo - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
Ağır atletika -Azərbaycan Ağır Atletika Akademiyası- ( Kişilər və Qadınlar)
 
RePost.az

Baxış sayı: 280