Bu gün hava dəyişkən buludlu olacaq,yağış yağacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında bu gün  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 2-7  dərəcə isti olacaq.
 
RePost.az
.
 

Baxış sayı: 3333 | Tarix: 10.01.2017
Bizi Telegramda izləyin: @repostaz