Gürcüstan hökuməti əhalinin banklardakı borclarını silə bilər. 
 
BAKU.WS-in Gürcüstan KİV-nə istinadla verdiyi məlumata görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davalı inkişaf naziri Georgi Kobuliya bildirib. O qeyd edib ki, banklar qarşısında öhdəlik qoyulacaq. 
 
"Biz bilirik ki, yüzlərlə, minlərlə insan qara siyahıya salınıb. Bu insanlar iqtisadi fəaliyyətdən məhrum qalıb. Onlardan bir çoxu motivasiyasını itirib".
 
Onun sözlərinə görə, belə insanları yenidən iqtisadiyyata cəlb etmək lazımdır: "Bəzi borclar üçün amnistiya elan edilə bilər. Bu əsas səbəblərdən biridir. Biz çox ehtiyatlı olmalıyıq. Biz elə etməliyik ki, bu qərarlar zərər bizim iqtisadiyyatımıza zərər gətirməsin", - deyə nazir əlavə edib.
 
O siyasətçiləri ehtiyatlı olmağa və məsuliyyətsiz bəyanatlardan çəkinməyə çağırıb.
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 19.11.2018
Bizi Telegramda izləyin: @repostaz