Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanıb.
RePost.Az-ın məlumatına görə, Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku səslərin 70,43%-ni, yəni 884456 seçicinin etimadını qazanıb.
Səsvermənin nəticələrinə görə, "Çiçəklənən Ermənistan" partiyası 103824 səslə ikinci yeri tutub. Onlar ümumilikdə 8,27% səs qazana biliblər.
Seçkilərdə "İşıqlı Ermənistan" partiyası 6,37% səs toplayıb. 80024 seçicinin etimadına qazanaraq, seçkilərdə üçüncü yeri tutublar.
RePost.Az