Azərbaycanda orta əsrlərə xas ailə mövcuddur. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Ağsu rayonunda yaşayan kişi iki arvadla bir evdə yaşayır. 
 
Dəhşətli məqamlardan biri də budur ki, Məleykə və Zemfira adlı qadınlar 30 ildir eyni kişini və eyni evi bölüşür. 
 
Kişinin iki arvaddan səkkiz övladı var. Birinci arvad üç, ikinci arvad beş uşağı dünyaya gətirib. Səkkiz uşaq bərabər böyüyüb. Onlardan altısı artıq ailə qurub. 
 
Rəsmi nikahlı birinci həyat yoldaşı yaranmış vəziyyətlə barışmasını belə izah edib: "Getməyə yerim yoxdur, neyləyə bilərdim"? 
 
Qeyd edək ki, Məleykənin qızı Ayşən 2 il əvvəl itkin düşüb. Bədbəxt qadın qızını axtarmaq üçün "Səni axtarıram" verilişinə müraciət edib. Aparıcı Xoşqədəm Hidayətqızı məsələni araşdırarkən kişinin bir evdə iki arvad saxladığı üzə çıxıb. 
 
RePost.Az
 


Baxış sayı: 2842