İranın Məşhəd şəhərində it əti satan mağaza aşkarlanıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə İran Ət İstehsalçıları Birliyi məlumat yayıb. 
 
Məlumata əsasən, Birliyin müfəttişlərinin yanvarın 23-də keçirdiyi əməliyyat nəticəsində Məşhəd şəhərində mal əti yerinə qeyri- müəyyən ət satan mağaza aşkarlanıb. Birlik mağazanın təqribən 1 həftə ərzində izləndiyini bildirib. Mağaza sahibinin oğlu kisələrə yığılmış ətləri yük maşınından mağazaya düşürən zaman müfəttişlər ona yaxınlaşıblar.
 
O isə öz növbəsində əlində olan biçaqla müfəttişlərə hücum edərək, qaçmağa müvəffəq olub. Mağaza sahibi polis əməkdaşları tərəfindən həbs edilib. Kisələrdə olan ətlər üzərində aparılmış ilkin araşdırmalar nəticəsində onların qoyun əti deyil, it əti olduğu məlum olub.
 
Həmin mağazanın ziyarətgahlara da ət verdiyi ehtimal edilir.
 
Faktla bağlı araşdırmalar aparılır.
 
RePost.Az

Baxış sayı: 3846 | Tarix: 24.01.2019
Bizi Telegramda izləyin: @repostaz