250-ci ildən gəldiyini söyləyən və adını açıqlamayan şəxs gələcəkdən xəbərlər verib. 
 
BAKU.WS  Türkiyə mediasına istinadən xəbər verir ki, gələcəkdən gəldiyini iddia edən şəxs növbəti 100 ildən bir sıra dəyişikliklərin olacağını da proqnozlaşdırıb. 
 
Zaman yolcusu iddialarını bu şəkildə sıralayır;
 
1. 2098-ci ildən başlayaraq dəniz suyunun səviyyəsi yüksələcək və milyonlarla insan başqa yerə köçmək məcburiyətində qalacaq.
 
2. Torpaqların azalması və artan əhali insan məskənləri baxımından böyük bir problem ortaya çıxacaq. Bu səbəbdən sualtı və yeraltı şəhərlər inşa ediləcək.
 
3. 2150-ci ildən etibarən bütün mövcud peşələrə süni intellekt cəlb olunacaq.
 
4. Yadplanetlilərlə indiyə qədər görüşməməyimizin səbəbi bilinəcək. Belə ki, buna yüksək səviyyəyə çatan yadplanetlilərin özlərini məhv etməsi səbəb olub. Zaman yolçusuna görə, belə bir aqibət insanları da gözləyir.
 
5. 2250-ci ildə insan ömrü ortalama 120 ilə çatacaq.
 
RePost.Az

Baxış sayı: 3257 | Tarix: 28.02.2019
Bizi Telegramda izləyin: @repostaz