Yeni il gecəsi İstanbulun Reina gecə klubunda terror aktı törədən "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripovun günahını etiraf edib.

RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki. bu barədə jurnalistlərə İstanbul valisi Vasip Şahin açqılama verib. Onun sözlərinə görə, terrorçunun barmaq izləri də gecə klubundan götürülən nümunələrlə uyğun gəlib.

"Cinayətkar Özbəkistan vətəndaşıdır. Terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub. Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını DAİŞ adına həyata keçirib", - vali əlavə edib.

İstanbul valisi deyib ki, Maşaripovun tutulduğu evdə 2 dron (pilotsuz uçuş aparatı), 2 tapança və 197 min ABŞ dolları ələ keçirilib. İstintaq terrorçunun bu aparatdan hücum ərəfəsində kəşfiyyat məqsədilə istifadə etdiyini ehtimal edir.

Xatırladaq ki, Abdulkadir Maşaripov bu gecə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda həbs olunub. Onunla birlikdə 3-ü qadın olmaqla daha 4 nəfər tutulub. Qeyd edək ki, Yeni il gecəsi silahlı şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin aban ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti DAİŞ terror qruplaşması öz üzərinə götürüb.

RePost.Az

 


Baxış sayı: 2497 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz