Hindistanın Air India  hava yolları şirkəti , qadın sərnişinlərə qarşı təcavüzlərin qarşısının almaq məqsədi ilə maraqlı qərar qəbul edib.

RePost.Az xarici mediaya istinadən bildirir ki, şirkət yanvar ayının 18-dən etibarən bəzi uçuşlarında qadınlara xüsusi kreslo ayrılacağı ilə bağlı məlumat yayıb.

Air India-nın baş direktoru Minakşi Malik bildirib ki,  milli hava yolları  şirkəti olaraq qadın sərnişinlərimizin  rahatlığını artırmaq bizim məsuliyyətimizdir:
 
“Bizimlə yalnız səyahət edən qadın sərnişinlərimiz çoxdur. Buna görə də qısa məsafəli beynəlxalq uçuşlarda təyyarələrin üçüncü sırasındakı 6 kreslonun yalnız səyahət edən qadın sərnişinlərə ayrılıb”.

Hava yolu şirkəti onu da bildirib ki,  təyyarələrdə cinsi təcavüzə təşəbbüs edən sərnişinlərə mane olmaq üçün təyyarə slahiyyətlilərinin avadanlıqları arasına qandal da əlavə olunacağı nəzərdə tutulur.

 


Baxış sayı: 2782 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz