ABŞ-ın Türkiyəni “F-35 Müştərək Döyüş Təyyarəsi Proqramı”ndan çıxardıqdan sonra Rusiyadan həmlə gəlib.
 
Rusiyanın “Rostex” şirkətinin direktoru Sergey Çemezov Rəsmi Moskvanın tələb etməsi halında Türkiyəyə “Su-35” döyüş təyyarələrini tədarük etmək üzrə danışıqlar aparmağa hazır olduqlarını açıqlayıb.
 
Çemezov bir müddət öncə isə Türkiyənin “F-35” proqramından çıxarılacağı təqdirdə “Su-57” satmağa hazır olduğunu bildirmişdi.
 
Qeyd edək ki, hazırda Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksinin hissələrinin tədarükünü davam etdirir. Məhz bu səbəbdən ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edib.
 

Baxış sayı: 3808 | Tarix: 18.07.2019
Bizi Telegramda izləyin: @repostaz