2020-ci ildə qlobal neft tələbatının gündəlik 101,5 milyon barrel olacağı nəzərdə tutulur.

RePost.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı 1 milyon 220 min barrel azalaraq sutkalıq orta hesabla 101 milyon 520 min barrel təşkil edəcək. IEA əvvəlki proqnozunda neft tələbatının 2020-ci ildə 1 milyon 300 min barrel artacağını planlaşdırırdı.

Agentliyə görə, neftə olan gündəlik tələbatda 36 milyon 600 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 300 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.


Baxış sayı: 592