Erməni nəşrindən bəd xəbər - təzə ildən 700 məhsulun qiyməti qalxacaq; ölkəyə sərmayə qoyuluşu ötən ilə nisbətən 5 dəfə azalıb; xalq hökumətdən tamaşa yox, çörək istəyir; Paşinyan üçün “daşları yığmaq zamanı” yaxınlaşır...
 
Ermənistanın baş naziri Nikol Paşinyan iki gün öncə ailəsi ilə birgə İrəvanın mərkəzində Yeni il yolkasını yandırıb. Şəkillərdən göründüyü kimi, bunu da xüsusi şövqlə etməyə çalışıb. Ancaq sifətindəki məmnunluğa rəğmən, acı gerçək belədir ki, hakimiyyətdə olduğu 1 il 7 ay ərzində o, erməni xalqının da bəxtini işıqlandıra bilməyib. Ermənilər hələ də Paşinyana qədərki ağır dolanışıq işində, yaşamaq uğrunda mübarizə aparırlar.               
 
Bu arada işğalçı ölkədə gələn ildən bir sıra zəruri ərzaq məhsullarının bahalaşacağı anons edilib.
 
“2020-ci il yanvarın 1-dən ölkədə təxminən 700 adda məhsulun bahalaşacağı gözlənilir. Onların arasında elələri də var ki, əhali onsuz da hər gün onları almaq imkanında deyil”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Past” erməni nəşri yazıb.
 
“Ekspertlərə görə, bahalaşma əhalinin həyat səviyyəsinə ciddi təsir edəcək. Qiymət artımından kənd təsərrüfatı sahəsi də yayına bilməyəcək. Belə ki, yanvarın 1-dən kənd təsərrüfatı məhsulları üçün rusum, heyvanlar üçün yem, dənli bitkilər və onların toxumlarının qiyməti qalxacaq, gübrələr bahalaşacaq. Bütövlükdə bir sıra iqtisadçılara görə, yaxın aylarda Ermənistanda yaşam daha baha olacaq”, - deyə qəzet xəbərdarlıq edir.
 
*****
 
Ermənistanda yoxsulluq ile ilgili görsel sonucu
 
Nəşrin gözləntiləri və xəbərdarlığı əsaslıdır. Ən azı, ona görə ki, Ermənistan dotasiya ilə yaşayan, xaricə ciddi heç bir yerli məhsul ixrac edə bilməyən, blokada və müharibə şəraiti ucbatından iqtisadiyyatı acınacaqlı durumda olan və idxaldan tam asılı ölkədir. Rusiya qazından asılılıq isə özünü daha qabarıq göstərməkdədir.
 
Yeri gəlmişkən, “Qazprom”la imzalanmış müqavilənin müddəti bu ilin sonu üçün bitir. Rusiya tərəfinin qazın qiymətini qaldırmayacağına isə zəmanət yoxdur. Bununla bağlı İrəvan rəsmilərinin, məxsusən baş nazir Nikol Paşinyanın Rusiya tərəfi ilə apardığı müzakirələri indiyədək heç bir zəmanəti yoxdur.          
 
Bu il Paşinyanın ölkəyə böyük xarici sərmayə yatırmaq cəhdləri də fiasko olub. Bu məqsədlə Avropaya, ABŞ-a, hətta uzaq Çinə səfərlər edən erməni baş nazir “əli ətəyindən uzun” geri qayıdıb. Nüfuzlu beynəlxalq maliyyə institutları da Ermənistanın “demokratik” rəhbərliyini məyus edib. Ona görə ki, heç kim, hətta xaricdəki zəngin ermənilər belə, Rusiyanın vassalı və hərbi qalası olan bir ölkəyə böyük vəsait yatırmaq istəmir.
 
ermənistanda musavat.com ile ilgili görsel sonucu
 
Başqa sözlə, Paşinyanın facebookda paylaşdığı pafoslu statuslara rəğmən, onun iqtidarda olduğu ilyarımdan çox müddətdə Ermənistanın nə Rusiyadan asılılığı azalıb, nə də iqtisadi göstəriciləri yaxşılaşıb. Bunu hamıdan əvvəl erməni təhlilçiləri və siyasiləri deyir, erməni mediası yazır.
 
*****
 
“Ermənistanda 2019-cu ilin ilk yarısında investisiya qoyuluşu ötən ildəkinə nisbətən 5 dəfə azalıb. Belə çıxır ki, iqtidarın devrilməsindən sonra ölkəyə sərmayə dalğasının gələcəyi barədə tezis yanlış imiş”. “Yeni Müsavat” Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər Xristian-Demokrat Partiyasının sədri Xosrov Arutunyan tərəfindən səsləndirilib.
 
Onun sözlərinə görə, hazırkı hakimiyyət bunun səbəblərini araşdırmağa belə cəhd göstərmir. “İnqilab haqqında hansısa bəyanat investisiyanın gətirilməsi üçün kifayət deyil. Heç bir investor inqilabi qanunla yaşayan bir dövlətə pul qoymaz. Bu şüar xaricdə ümumiyyətlə, işləmir. Hətta erməni diasporu belə bunu nəzərə almır”, - deyə o qeyd edib.
 
Arutunyan Paşinyan iqtidarının Ermənistanın bəzi üstünlüklərindən yararlanmadığı qənaətindədir. “Ermənistan həm Avropa Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə maneəsiz əmtəə ixrac edən yeganə ölkədir. Lakin iqtidar bunu fürsətə çevirmir. Ölkədə ekspertizaların keçirilməsi üçün laboratoriyalar belə yoxdur”, - deyə o vurğulayıb.
 
Erməni siyasətçi həmçinin rəsmi rəqəmlərdə ziddiyyətlər göründüyünü vurğulayıb: “Məsələn, bizdə sənayedə 8%-lik, xidmət sahəsində 15%, tikintidə isə 4-5% inkişaf olduğu deyilir. Lakin bununla bərabər elektrik enerjisinin həcmi kiçilməyə doğru gedir, yük daşımalarının həcmi isə ümumiyyətlə, 2 dəfə azalıb. Qəribə deyilmi?”
 
Xosrov Arutunyan daima keçmiş iqtidarı iqtisadi durğunluqda və buna uyğun büdcə gətirməkdə ittiham edən Nikol Paşinyanın daha kiçik maliyyə planı ilə parlamentin qarşısına çıxdığını söyləyib. Onun söylədiyinə əsasən hökumətin nəzərdə tutduğu 4,9%-lik böyümə əvvəlki illərdən belə azdır...
 
*****
 
Əlbəttə, təəccüblü deyil. Çünki inqilabi vədlər vermək həmişə asan, onları qısa zamanda reallaşdırmaq isə çətindir. Ermənistan kimi daim Rusiyanın əlinə baxan ölkədə isə ümumiyyətlə, qeyri-mümkündür. Nəticə odour ki, Paşinyan bu il də öz vədləri ilə baş-başa qaldı. Xalq isə ondan çoxdan tamaşa yox, çörək istəyir. “Məxməri” baş nazir üçün “daşları yığmaq” zamanı yaxınlaşır...//Musavat.com

Baxış sayı: 2896 | Tarix: 24.12.2019
Bizi Telegramda izləyin: @repostaz