İranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya düşüb.
 
Bu barədə yerli KİV məlumat yayıb. Qəzaya düşən Ukrayna Hava Yollarının sərnişin təyyarəsində ekipajı ilə birlikdə 180 nəfər olub.
 
Düşmə anları həvəskar kameralar tərəfindən qeydə alınıb. İran Beynəlxalq Televiziya kanalı təyyarədəki bu görüntüləri təqdim edib. 
 
Qəzanın texniki səbəbdən baş verdiyi bildirilir. 


Baxış sayı: 475