İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul səfərini reallaşdıran təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb.

RePost.Az xəbər verir ki, yerə sürtünmənin təsirindən təyyarə alovlanıb. Təyyarədə olan 177 sərnişin təxliyə edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb edilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb.


Baxış sayı: 538