Ermənistanda fövqəladə vəziyyət rejimi sərtləşdirilib.

BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, küçəyə ancaq xüsusi hallarda çıxmaq olar. Bu zaman şəxsin üzərində pasport, həmçinin evdən çıxmasəbəbi və qayıtma saatının qeyd olunduğu anket olmalıdır.

Bildirilir ki, qanun pozuntuları ilə əlaqədar polis artıq 286 protokol tərtib edib, 60 nəfər şöbəyə aparılıb. Bundan başqa, avtomobilinin salonunda iki nəfərdən artıq sərnişin olan 685 sürücüyə xəbərdarlıq edilib.

Ermənistanda 26 mart səhər saat 10:00-a olan məlumata görə, 290 koronavirusa yoluxma halı aşkar edilib.


Baxış sayı: 3162 | Tarix: 26.03.2020
Bizi Telegramda izləyin: @repostaz