Türkiyədə koronavirus infeksiyasına qarşı “Favipiravir” preparatının yerli sintezi olan “Favicovir” adlı dərmanın istehsalına başlanılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank məlumat verib.
 
Onun sözlərinə görə, “Favicovir” dünyada COVID-19 virusuna qarşı effektiv olan 4 dərmandan biri hesab olunur. Dərman yüksək hərarət simptomu müşahidə olunan xəstələrdə effektiv nəticə göstərib.
 
Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca dərmanın tez bir zamanda lisenziya alması üçün göstəriş verib.
 

Baxış sayı: 5898 | Tarix: 12.06.2020
Bizi Telegramda izləyin: @repostaz