Azərbaycan-Ermənistan sərhədində münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiyadakı, xüsusən də Moskva və Sankt-Peterburqdakı erməni tacirlərin vəziyyəti pisləşib.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Moskvadakı "Food City" topdan və pərakəndə ərzaq satışı mərkəzində və Sankt-Peterburqdakı "Sofiya" topdan satış bazasında erməni tacirlər boykot edilib.
 
Üstəlik, boykot yalnız azərbaycanlılar tərəfindən deyil, digər millətlərin nümayəndələri tərəfindən də elan olunub.
 
Rusiya polisi qorxmuş erməniləri mühafizə altına alıb.


Baxış sayı: 5803 | Tarix: 16.07.2020
Bizi Telegramda izləyin: @repostaz