16 yaşlı ukraynalı fotomodel Diana R.-ya mindiyi mikroavtobusda təcavüz edən sürücü Erdem K. 25 il həbs cəzasına məhkum edilib.
 
Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Diana R. ifadəsində "Kiməsə deməsəm, məni öldürməyəcək" söyləyib. Qorxudan səsimi çıxara bilmədim" deyib.
 
TƏFƏRRÜAT
 
Diana R. 2015-ci ildə tətil üçün Türkiyəyə bir rəfiqəsinin yanına gəlib. Ancaq mindiyi bir mikroavtobus tətilini kabusa çevirib. Mikroavtobusda Diana R.-dən başqasının qalmadığını görən sürücü Erdem K. nəqliyyat vasitəsini Türk Telekom Arena Stadionu yaxınlığında bir yerə park edib. Mikroavtobus durunca yalnız olduğunun fərqinə varan Diana R. enmək istədiyini söyləyib. Evli və iki uşaq atası olan sürücü Erdem Diananın düşməsinə imkan verməyib. Mikroavtobusda Dianaya təcavüz edən Erdem daha sonra gənc qızı qonaq qaldığı evin önündə düşürüb. Hadisənin ardından Diananın şikayəti ilə sürücü haqqında "uşağın cinsi istismarı" cinayəti ilə 19 ildən 36.5 ilə qədər iddia açılmışdı.
 
Bu gün baş tutan məhkəmədə qərar açıqlanıb. Erdem Karaca 25 il azadlıqdan məhrum edilib.
 
RePost.Az

Baxış sayı: 4207 | Tarix: 27.01.2017
Bizi Telegramda izləyin: @repostaz