Feysbuk sosial şəbəkəsinin banisi Mark Zükerberq ABŞ prezidenti Donald Trampın qaçqınlarla əlaqədar fərmanını tənqid edib.
RePost.Az publika.az-a istinadən xəbər verir ki, Zükerberq bu haqda Feysbuk səhifəsində yazıb.
“ABŞ mühacirlərin ölkəsidir və biz bununla fəxr etməliyik”, - deyə Zükerberq qeyd edib.
O, əlavə edib ki, onun əcdadları Almaniya, Avstriya və Polşadan gələnlərdir.
Qeyd edək ki, ABŞ prezidenti imzaladığı fərmanla Suriyadan olan qaçqınların qəbulunu dayandırıb. Qadağa 120 gün ərzində qüvvədə qalacaq. Bu müddət ərzində təhlükəsizlik orqanları ölkəyə terrorçuların daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirləri nəzərdən keçirəcəklər.
Eyni zamanda, Suriya qaçqınlarının qəbulu üzrə kvota da azaldılıb. ABŞ 2017-ci ildə 50 mindən artıq qaçqını qəbul etməyəcək. Keçmiş prezident Barak Obama dövründə bu rəqəm 120 min idi.