Azərbaycan 33-cü Qar Polosu üzrə Dünya Kubokunda qonaq qismində iştirak edib.
RePost.Az xəbər verir ki, turnir İsveçrənin Sankt Moritz şəhərində baş tutub və yanvarın 27-dən 29-na dək davam edib. Tədbirdə Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyava və prezidentin oğlu Heydər Əliyev də iştirak edib.
Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.
Qeyd edək ki, Prezidentin eks kürəkəni, müğənni Emin Ağalarov da qış tətilini keçirmək üçün oğulları Mikayıl və Əli, qızları Əminə ilə birlidə Sank Moritzdə olub. Müğənni uşaqları ilə birlikdə qış əyləncələrindən maraqlı video və fotolar paylaşır.
RePost.Az