Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək.
 
BAKU.WS xəbər verir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenko "Ukrayna-24" telekanalının efirində bildirib.
 
“Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - deyə Marçenko bildirib.
 
Ukraynanın hərbi dəstək verməyə hazır olub-olmadığı barədə suala Marçenko belə cavab verib:
 
“Əminəm ki, əgər məsələ kəskinləşsə, Ukrayna yan keçməyəcək”.

Baxış sayı: 4473 | Tarix: 02.10.2020
Bizi Telegramda izləyin: @repostaz