Ermənistanda daha 672 nəfərdə koronavirus aşkarlanıb.
 
RePost.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 53 755-ə yüksəlib.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 995-ə çatıb. İndiyədək 45 110 nəfər infeksiyadan sağalıb.
 
Hazırda Ermənistanda 7 650 aktiv koronavirus xəstəsi var.

Baxış sayı: 3257 | Tarix: 07.10.2020
Bizi Telegramda izləyin: @repostaz