İşğal altındakı Qarabağda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistanın əsir düşən hərbçiləri Areq Sarkisyan və Narek Amircanyan valideynləri ilə telefonla danışıblar.
RePost.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənstanın keçmiş ədliyyə naziri, hüquq müdafiəçisi Artak Zeynalyan feysbuk səhifəsində yazıb.
Onun yazdığına görə, Azərbaycanda əsirlikdə olan erməni hərbçilər Ermənistandakı ailə üzvləri ilə telefon danışığında vəziyyətlərinin yaxşı olduğunu və onlarla yaxşı rəftar edildiyini deyiblər.
Bildirilib ki, hər iki hərbçi sentyabrın 27-də əsir düşüb.