Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 958 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
 
RePost.Az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
 
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 108 690 nəfərə, ölənlərin sayı isə 1 012 nəfərə çatıb.
 
Koronavirusa yoluxanlardan 89 170 nəfərin sağaldığı bildirilir.

Baxış sayı: 3048 | Tarix: 23.11.2020
Bizi Telegramda izləyin: @repostaz