İki ilə yaxındır, bütün dünyanı ağuşuna alan Covid-19 pandemiyasından xilas yolları aranır. Əksər dövlətlər bu prosesə qatılıb. Dünyada tanınan alimlər, tibb mütəxəssisləri koronavirusa qarşı zərdabın hazırlanması üzərində çalışır.
 
Amma son zamanların tədqiqatları sözügedən virusla bağlı maraqlı məqamların aşkarlanmasına səbəb olub. Elə yaxın günlərdə sosial şəbəkələrdə yayılan məqalələrdə, eləcə də video materiallarda yeni növ koronavirusun təbiəti ilə bağlı bu günədək bilmədiyimiz məqamlar açıqlanır.
 
"Almaniyadan xəbər var! Əşyaların səthində virus yoxdur. Bu möcüzəli uğurdur. Koronavirus səthlərdə yaşamaq qabiliyyətinə malik deyil. O yalnız nəfəslə insandan insana ötürülür. Dünən almaniyalı alimlər bahalı və mürəkkəb tədqiqatların nəticələrini elan etdilər. Haynsberqdən olan virusoloq Hendrik Ştrekin komandasının apardığı tədqiqatların nəticələri yeni koronavirus infeksiyasının insandan insana ötürülməsi yolları ilə bağlı təsəvvürləri tamamilə alt-üst etdi.
Haynsberq şəhərində yaşayan koronaviruslu xəstələrin mənzillərinə hərtərəfli baxış keçirən alimlər belə qənaətə gəliblər ki, nə əşyaların səthində, nə də ev heyvanları üzərindəyaşama qabiliyyətli viruslar yoxdur. Hətta bütün ailə üzvlərinin Covid-19-a yoluxduğu evlərdə belə yaşama qabiliyyətli viruslar aşkar edilməyib.
 
İnsanların qrup halında toplaşdığı gecə ziyafətlərində, bayram tədbirlərində yoluxma hallarına daha çox rast gəlinirdi. Amma Ştrekə görə, supermarketlərdə, gözəllik salonlarında, geyim dükanlarında yoluxmaq mümkün deyil.
Bütün dünyada Covid 19-la mübarizədə ciddi diaqnostik səhvə yol verilib.
 
İtaliyalı alimlər müəyyən ediblər ki, dünyanı qorxuya salan xəstəlik pnevmoniya deyil və insanlar əsasən damarların diffuz trambozundan dünyasını dəyişir. Bununla əlaqədar olaraq, İtaliyada koronaviruslu xəstələrin müalicə protokolları təcili dəyişdirilib. Antibiotiklər, iltihaba qarşı dərmanlarla yanaşı, antikoagulyantlardan da istifadə edilməyə başlandı.
 
İtaliya patoloqoanatomlarının verdiyi məliumata görə, koronavirusla mübarizədə süni ağciyər ventilyasiya aparatlarına və intensiv terapiya şöbələrinə ehtiyac yoxdur.
 
ABŞ-da italiyalı alimlərin gəldiyi qənaəti təsdiq edən təsiredici bir olay sənədləşdirilib. Sənədə əsasən, Covid-19-a yoluxmuş bütöv bir ailə ev şəraitində müalicə olunaraq sağalıb. Müalicə isidilmiş ballı limon şirəsində həll edilən 500 mq.-lıq 3 aspirindən ibarət idi. Ertəsi gün səhər yuxudan oyanan ailə üzvləri özlərini tamamilə sağlam hiss ediblər.
 
İtaliyalı mütəxəssislər Covid-19-dan ölən 50 insan üzərində apardıqları tədqiqatlar nəticəsində belə bir qənaətə gəliblər ki, insanların ölümünə səbəb olan xəstəlik heç də pnevmoniya deyil. Belə ki, virus ciyər hüceyrələrini öldürməklə yanaşı, damar trambozunun yaranmasına da səbəb olur. Bunun nəticəsində ilk zədələnən ağciyərlər olur, çünki bu orqan iltihaba qarşı daha həssasdır. Amma ürək tutması, insult və s. kimi tromboembolik xəstəliklər də mövcuddur.
 
Çinlilər uıtihaba qarşı müalicəylə yanaşı, qanı durulaşdıran aspirindən də istifadə etsəydilər və ev şəraitində müalicə üçün vəsait ayırsaydılar, dünyada sözügedən virusa yoluxmuş on minlərlə insanın intensiv terapiyasız sağalmasına yardımçı olardılar.
 
Bundan belə nəticəyə gəlmək olar ki, bu pnevmoniya deyil, ağ ciyərlərin trambozudur. Onların arasında çox böyük fərq var. Demək söhbət ciddi diaqnostik yanlışdan gedir. Bunun nəticəsində intensiv müalicə palatalarının sayını iki dəfə artıraraq izafi xərclərə yol vermişik.
 
İlk olaraq tromboemboliya müəyyən edilib müalicə olunmursa, intensiv müalicə şöbəsiində yatmaq mənasızdır. Əgər qan dövranı pozulan ağciyərləri havalandırırıqsa, bunun heç bir xeyri olmayacaq. Faktiki olaraq, 10 xəstədən 9-u ölür, çünki bu nəfəslə bağlı problem deyil, ürək-damar pozuntusudur.
 
Tromblar nədən meydana gəlir?
 
İltihab toxumaların ciddi şəkildə zədələnməsinə səbəb olur. Bunun sayəsində qan laxtalarının yaranması üşün əlverişli mühit yaranır. Bu da öz növbəsində qan damarlarının qatılaşmasına, damarlarda qan itkisinə səbəb olur və nəticədə nəfəs darlığı meydana gəlir.
 
Əslində başlıca problem virusun özündə deyil, virusa yoluxmuş hüceyrəni məhv edən hiperimmun reaksiyadadır.
 
Çoxsaylı analizlər və bu virusdan ölən bir sıra insan cəsədi üzərində aparılan ekspertizaya əsasən belə bir qənaətə gəlmək olar ki, ölümə səbəb qan laxtalanmasıdır.
 
Təqdim olunan bilgilər sayəsində İtaliyada koronaviruslu xəstələrin böyük əksəriyyətininev şəraitində uğurlu müalicəsi mümkün oldu.

Baxış sayı: 4625 | Tarix: 07.12.2020
Bizi Telegramda izləyin: @repostaz